Türkiyənin Aİ-yə daxil olması gələn il müzakirə olunacaq
15-12-2023, 16:06
896

Türkiyənin Aİ-yə daxil olması gələn il müzakirə olunacaq

Türkiyənin Avrointeqrasiyasının gələcək perspektivləri növbəti Aİ sammitinə qədər təxirə salınıb. 
Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb. 
Bununla bağlı sammit 2024-cü il martın 21-22-də keçiriləcək. Artıq quruma üzv dövlətlər Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını müsbət qiymətləndiriblər.
Qeyd edək ki, Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb.

Oxşar xəbərlər