Arktikada müşahidələr tarixinin ən isti yayı qeydə alınıb
15-12-2023, 16:34
6 148

Arktikada müşahidələr tarixinin ən isti yayı qeydə alınıb

Arktika bu il müvafiq müşahidələrin aparıldığı dövrdən bəri ən isti yay fəslini yaşayıb.
Bu barədə məlumat ABŞ-ın İqlim Agentliyinin hesabatında yer alıb.
Hesabata görə, 2023-cü ilin yay aylarında şimal qütbü ətrafındakı ərazilərdə indiyə qədər qeydə alınan ən yüksək temperatur müşahidə olunub. Ekspertlər bunu iqlim dəyişikliyinin sürətlənməsinin əlaməti hesab edirlər.
Qrenlandiyada buz təbəqəsinin ən yüksək nöqtəsi müşahidələrin aparıldığı son 34 ildə beşinci dəfədir ki, əriyib və dənizdə buzun ölçüsü azalmağa davam edib.

Oxşar xəbərlər