PFL-in prezidentləri Türkiyəyə aparılır - Əməliyyat olunacaqlar
16-12-2023, 13:26
1 659

PFL-in prezidentləri Türkiyəyə aparılır - Əməliyyat olunacaqlar

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.
"Qafqazinfo" xəbər verir ki, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.
PFL rəsmilərinin qardaş ölkədə əməliyyat ediləcəyi gözlənilir.
Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları - Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.

Oxşar xəbərlər