Cakuzidə ölü tapılan aktyorun vəfat səbəbi AÇIQLANDI - FOTO
16-12-2023, 15:37
1 306

Cakuzidə ölü tapılan aktyorun vəfat səbəbi AÇIQLANDI - FOTO

Hollivud ulduzu Mettyu Perrinin vəfat səbəbi açıqlanıb.
Xarici KİV xəbər verir ki, ekpertiza rəyinə əsasən, 54 yaşlı aktyorun qanında ketamin aşkarlanıb.
Cakuzidə boğularaq ölən Perrinin istifadə etdiyi bu dərman daha çox anksiyete və depressiyaya qarşı istifadə edilir.

Los-Anceles Bölgə Tibbi Müayinə Şöbəsinin yaydığı məlumatda Mettyunun ölümü bədbəxt hadisə adlandırılıb.
Xatırladaq ki, "Friends" serialının ulduzu bu ilin oktyabrın 28-də Malibudakı evinin cakuzisində ölü tapılıb. 


Oxşar xəbərlər