MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər
16-12-2023, 18:07
16 278

MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər

MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər.

Hökumət başçıları məşhur "Krasnaya oktyabr-Rot Front" fabrikinə gələrək MDB ölkələrindən olan uşaqlarla görüşüblər.
Qeyd edək ki, Moskvada 16-18 dekabr tarixlərində MDB ölkələri hökümət başçıları Şurasının iclası keçirilir. İclasda iştirak etmək üçün Azərbaycan baş naziri Əli Əsədov bu gün Rusiya paytaxtına işgüzar səfər edib.

Dekabrın 18-də isə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində (VDNX) MDB hökümət başçılarının əsas iclası keçiriləcək.

Qırğızıstan Respublikasının sədrliyi ilə keçiriləcək iclasda Birlik çərçivəsində mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı bildirilib.

Oxşar xəbərlər