Dünya
1-01-2021, 09:54
192
Yeni il gecəsi şəhərdə onlarla maşın yandırıldı
Fransanın Strasburq şəhərində xuliqanlar Yeni il gecəsi otuza yaxın avtomobili yandırıblar.
Tvitterdə yayılmış kadrlarda küçədə bir neçə yanan maşın əks olunub. Şəhərdə tətbiq edilən komendant saatı rejiminə baxmayaraq, petardlarn partlayış səslərini eşitmək olar.
Hazırda bir neçə nəfər saxlanılıb. “Amma ötən illə müqayisədə vəziyyət daha az gərgindir", - polisdəki mənbə “Figaro” qəzetinə deyib.
Elzas regionunun paytaxtında artıq bir neçə ildir qarışıqlıqlar və avtomobillərin yandırılması halları baş verir. /Report