Aİ 4 milyard avro dəyərində COVID-19 əleyhinə vaksini məhv edib
18-12-2023, 12:01
915

Aİ 4 milyard avro dəyərində COVID-19 əleyhinə vaksini məhv edib

Avropa İttifaqı (Aİ) ölkələri 4 milyard avro dəyərində olan ən azı 215 milyon doza COVID-19 əleyhinə vaksini ehtiyac duyulmadığı üçün məhv edib.

Bu barədə "Politico" məlumat yayıb.

Bildirilib ki, pandemiyanın geniş yayıldığı 2021-ci ildə əhəmiyyətli sayda ehtiyac duyulmayan vaksinlər alınıb. Həmin dövrdə Brüssel ABŞ-nin “Pfizer” şirkəti və Almaniyanın “BioNTech” şirkəti ilə 1,1 milyard dozanın tədarükü üçün böyük müqavilələr imzalayıb.

“Politico” qeyd edib ki, tələbin azalması və logistika problemləri səbəbindən ehtiyac duyulmayan peyvənd dozalarını üçüncü ölkələrə göndərmək cəhdləri problemli olub.

Oxşar xəbərlər