Dünya
18-12-2023, 14:03
959
Argentina Braziliyadan elektrik enerjisi idxal edəcək
Argentina ölkənin bir neçə şəhərində şiddətli fırtınalar nəticəsində yaranan elektrik enerjisi kəsilməsini kompensasiya etmək üçün Braziliyadan enerji idxal edəcək.
Bu barədə Argentina Energetika Nazirliyinin məlumatında deyilir.
“Fırtınadan zərər çəkmiş ərazilərdə elektrik enerjisinin verilişinin bərpası üçün fövqəladə tədbirlər görülüb. Bu tədbirlər arasında Braziliyadan elektrik enerjisinin idxalı da var”, - məlumatda bildirilib.
Qeyd olunub ki, 1 milyona yaxın ev kəsintilərdən zərər çəkib.
Xatırladaq ki, Argentinanın Baiya Blanka şəhərində baş verən qasırğa nəticəsində azı 13 nəfər ölüb. Buenos-Ayresdə təbii fəlakətin nəticələrinə görə azı 15 nəfərin öldüyü bildirilir.