Kanada Polşada hərbi kontingentini artıra bilər
18-12-2023, 17:24
6 299

Kanada Polşada hərbi kontingentini artıra bilər

Kanadanın Polşada hərbi kontingentinin sayının artırılması müzakirə edilib.

Bu müzakirələr Polşa müdafiə naziri Vladislav Kosiniyak-Kamışla onun kanadalı həmkarı Uilyam Bler arasında aparılıb.

“Görüş zamanı tərəflər Kanadanın Polşada mövcudluğunun gücləndirilməsi və NATO-nun şərq cinahındakı kanadalı hərbçilərlə bağlı mühüm bəyanatlar veriblər”, - o bildirib.

Qeyd edək ki, 2022-ci ilin sonunda Kanada UNIFIER missiyası çərçivəsində Ukrayna ordusuna təlim keçmək üçün mühəndis-istehkam korpusundan 40 mütəxəssisi Polşaya göndərib.

Oxşar xəbərlər