Putin Beynəlxalq Rus Dili Təşkilatından danışdı
18-12-2023, 18:28
6 552

Putin Beynəlxalq Rus Dili Təşkilatından danışdı

Rusiya Prezidenti MDB-nin Moskvada keçirilən iclasında videomüraciətlə çıxış edib.
TASS xəbər verir ki, o, oktyabrda yaradılan Beynəlxalq Rus Dili Təşkilatının fundamental sənədlərinin işlənib hazırlanması və ilk nazirlər konfransının hazırlanmasının əhəmiyyətindən bəhs edib.
Bununla yanaşı, təşkilatın fəaliyyəti ilə bağlı məsələlərin yaxın zamanda həllinin vacib olduğunu bildirib.
“Həm MDB ölkələrində, həm də bütün dünyada yüz milyonlarla insanın millətlərarası ünsiyyət dili olmaqda davam edən rus dilini qoruyub saxlamağa xüsusi diqqət yetirəcəyik” ,- deyə, Rusiya Prezidenti əlavə edib.

Oxşar xəbərlər