Rusiyalı yazıçı Boris Akuninə qarşı cinayət işi açılıb - YENİLƏNİB
18-12-2023, 18:43
6 597

Rusiyalı yazıçı Boris Akuninə qarşı cinayət işi açılıb - YENİLƏNİB

Rusiyalı tanınmış yazıçı Boris Akuninə (Qriqori Çxartaşvili) qarşı cinayət işi açılıb.

Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə yazıçı barəsində cinayət işinə başlanılıb.

Akuninin feyk xəbərlər yaymaqda və ekstremist fəaliyyətə çağırışlarda ittiham olunur.

Qeyd edək ki, Boris Akunin daha əvvəl Rusiya höküməti tərəfindən terrorçu və ekstremistlər reyestrinə daxil edilib. Onun müəllifi olduğu kitabların Rusiya ərazisində satışının qadağan olunduğu və kitab mağazalarında satışdan yığışdırıldığı da bildirilib.

***

17:19

Tanınmış Rusiya yazıçısı Boris Akunin (Qriqori Çxartişvili) terrorçu və ekstremistlər reyestrinə daxil edilib.

Bu barədə məlumat Maliyyə Nəzarəti üzrə Federal Xidmətin saytında yer alıb.

Daha əvvəl yazıçı söhbətlərin birində Kiyevin hazırkı münaqişə zamanı hərbi qələbə qazana bilməyəcəyini etiraf edib, eyni zamanda pilotsuz təyyarələrdən istifadə etməklə Rusiya şəhərlərinə hücum cəhdlərinə haqq qazandırıb.

Söhbətin səs yazısı dərc edildikdən sonra "Read-Qorod - Bukvoed" birləşmiş kitab mağazaları şəbəkəsi Rusiya əleyhinə bəyanatlarına görə Akuninin kitablarının satışını dayandırıb.

Oxşar xəbərlər