"Hyundai" Rusiyadakı zavodunu satır
19-12-2023, 12:30
1 351

"Hyundai" Rusiyadakı zavodunu satır

Rusiyada istehsalını dayandıran "Hyundai Motors" zavodunu satmaq qərarına gəlib. 
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Şirkət rəhbərliyi Sankt-Peterburqdakı zavoddakı payını satmaq təklifini dəstəkləyib. Alıcı Rusiyanın "Art-Finance" şirkəti olacaq. 
Qeyd edək ki, zavod 2022-ci ilin martında Ukraynada müharibə başlayandan sonra istehsalını dayandırıb. 

Oxşar xəbərlər