Dünya
19-12-2023, 13:50
1 092
Gürcüstan ilə Almaniya arasında miqrasiyaya dair razılaşma imzalanıb
Tbilisidə Gürcüstanla Almaniya arasında miqrasiyaya dair razılaşma imzalanıb.
Sənədi Gürcüstan tərəfdən daxili işlər naziri Vaxtanq Qomelauri, Almaniya tərəfdən isə daxili işlər naziri Nensi Fezzer imzalayıb.
Məlumata görə, razılaşmanın məqsədi qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığı intensivləşdirmək, həmçinin vizasız rejimi pozan Gürcüstan vətəndaşlarının ölkəsinə qayıdışını təmin etməkdir.
Razılaşmanın həmçinin, tələbələr və mütəxəssislər üçün təhsil, mübadilə proqramlarına töhfə verəcəyi qeyd olunub.