Putin: Rusiya sərhədlərinə ABŞ-dan əhəmiyyətli sayda qüvvələr yerləşdirilib
19-12-2023, 14:52
1 149

Putin: Rusiya sərhədlərinə ABŞ-dan əhəmiyyətli sayda qüvvələr yerləşdirilib

Qərb Rusiyaya qarşı hibrid müharibə aparmağa davam edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasında çıxışında bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi real vaxt rejimində kəşfiyyat məlumatları ilə təmin edir və silah ötürür.

Putin Şimali Atlantika Alyansının Rusiya sərhədlərində aktivləşdiyini də söyləyib:

"NATO-nun fəaliyyəti kəskin artıb, Rusiya Federasiyasının sərhədlərinə ABŞ-nin əhəmiyyətli dərəcədə qüvvələri yerləşdirilib".

Oxşar xəbərlər