Türkiyə Prezidenti: İsveçin NATO-ya üzvlüyü ABŞ-nin F-16 satışına bağlıdır
19-12-2023, 15:53
1 105

Türkiyə Prezidenti: İsveçin NATO-ya üzvlüyü ABŞ-nin F-16 satışına bağlıdır

Türkiyə İsveçdən NATO-nun Vilnüs sammitində verdiyi vədləri yerinə yetirməsini gözləyir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, İsveçin NATO-ya üzv olması və ABŞ-nin Türkiyəyə F-16 qırıcılarının göndərməsi məsələləri bir-birinə bağlıdır:

“İnanıram ki, həm Amerikanın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə (İsveçin NATO üzvlüyü - red.) müsbət baxışını sürətləndirəcək”.

Oxşar xəbərlər