Dünya
19-12-2023, 16:02
1 154
II Dünya Müharibəsindən sonra ilk - Almaniya Litvaya əsgər göndərir
Almaniya hərbçilərinin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə ölkə xaricində daimi yerləşdirilməsinə icazə verilib.
Almaniya ilə Litva arasında imzalanan yeni müqavilə buna şərait yaradıb.
Litvada müdafiə naziri Arvydas Anusauskas almaniyalı həmkarı Boris Pistorius ilə görüşərək təxminən 4800 alman hərbçisinin daimi yerləşdirilməsini nəzərdə tutan çoxillik "Yol Xəritəsi Fəaliyyət Planı"nı açıqlayıb.
Hər iki rəsmi bu inkişafı təkcə ölkələri üçün deyil, həm də NATO üçün tarixi məqam kimi qiymətləndirib.
Alman qoşunları, o cümlədən ailələri 2024-cü ildən Litvanın Kaunas və Vilnüs şəhərlərində yerləşdiriləcək. Qoşunların əksəriyyəti 2025 və 2026-cı illərdə göndəriləcək və 2027-ci ilə qədər tam əməliyyat qabiliyyətinə malik olacaq. Bunun müqabilində Litva bütün zəruri mülki və hərbi infrastrukturu təmin etməyi öhdəsinə götürüb.