
Bir müddət əvvəl isə Adana bölgəsində narkotik aludəçisi olan bir cütlük 2 aylıq körpələrinin öldüyünü bir həftə sonra anlayıblar. Bildirilir ki, qonşular pis qoxu səbəbi ilə polisə müraciət edib. Mənzilə gələn polis uşağın öldüyünü müəyyənləşdirib. Hadisə ilə bağlı saxlanılan ananın ifadəsində “Bir həftədir yatdığını düşünürdüm” dediyi öyrənilib.
Morqa aparılan körpə üzərində aparılan ekspertizada onun aclıqdan öldüyü məlum olub.

Amerikanın Nyu-York şəhərindəki bağçaların birində bir yaşlı körpə fentanilə məruz qaldıqdan sonra dünyasını dəyişib. Eyni maddəyə məruz qalan daha 3 uşaq isə xəstəxanaya yerləşdirilib. İstintaq zamanı uşaq bağçasının müdiri Qrey Mendez və burada otaq kirayələyən Karlisto Brito adlı şəxs saxlanılıb. Saxlanılanlar “qətl”də ittiham edilib.
Aparılan araşdırmalar nəticəsində Britonun otağının yerləşdiyi dəhlizdə divarda 1 kiloqrama yaxın fentanil ələ keçirilib. Səkkiz aydan iki yaşa qədər olan uşaqların bağçada fentanillə inhalyasiya olunduqları bildirilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ABŞ-da hər gün 150-dən çox insan daha çox həb şəklində istifadə edilən fentanil kimi sintetik dərmanlar səbəbindən ölür. Ağrıkəsici kimi istifadə edilən fentanilin morfindən 100 dəfə güclü olduğu və 2 milliqram qəbul edilərsə ölümcül ola biləcəyi deyilir.

İngiltərədə isə 2 yaşlı kiçik qız həddindən artıq dozada narkotik qəbulundan ölüb.
5 mart 2014-cü il tarixində baş verən hadisədə 2 yaşlı Sofi Consun narkotik aludəçisi valideynləri narkotikləri onun sevimli “Tom və Cerry” stəkanında gizlədiblər. Stəkana metadon qoyulduğunu bilməyən balaca qız ondakı maddəni içib. Təcili yardım işçiləri dərman qəbul etdikdən sonra qusmuş Sofinin reaksiya vermədiyini görüblər.
Uşağın valideynlərinin polis gələnə qədər narkotikləri həyətdə gizlətməyə çalışdığı öyrənilib. Həyətdə basdırılan 146 ml metadonla yanaşı, polis Sofinin oyuncaqlarının içində də kokain aşkar edib. Məhkəmə zamanı ana qətli etiraf etsə də, ata ittihamları rədd edib.
Qeyd edək ki, hər gün dünyada belə yüzlərlə hadisə baş verir. Daimi spirt və narkotik maddələrdən istifadə edən valideynlərin böyük hissəsində əvvəllər ciddi psixiatrik və psixoloji problemlərin mövcud olduğu düşünülür. Bunun üçün də nikah zamanı digər müayinələrlə yanaşı, narkotik maddələrindən istifadə ilə bağlı testlər də mütləqdir.
_1702984226.webp)