Amerikada fırtına olub - Ölənlər var
19-12-2023, 16:53
6 429

Amerikada fırtına olub - Ölənlər var

ABŞ-nin şimal-şərq ştatlarında fırtına baş verib. 
Təbiət hadisəsi nəticəsində 3 nəfər ölüb, 600 mindən çox insan işıqsız qalıb.
Güclü yağışlar səbəbindən küçə və prospektləri su basıb, bir çox rayonlarda nəqliyyatın hərəkəti dayanıb.
Fırtınanın təsirli olduğu şimal ştatlarında 500-dən çox uçuş ləğv edilib.

Oxşar xəbərlər