İsrail səfirliyi: “HƏMAS öz nəzarətində olan xəstəxanaların hərbi obyektə çevirməsini etiraf edib”
20-12-2023, 11:41
1 312

İsrail səfirliyi: “HƏMAS öz nəzarətində olan xəstəxanaların hərbi obyektə çevirməsini etiraf edib”

İsrailin Azərbaycandakı səfirliyi HƏMAS-ın öz nəzarətində olan xəstəxanaları hərbi obyektlərə çevirməsi barədə paylaşım edib.

Bu barədə səfirliyin "X" hesabında yazılıb.

Bildirilib ki, Qəzza zolağının şimalındakı Kamal Advan xəstəxanasının direktoru Əhməd Kahalot etiraf edib ki, HƏMAS öz nəzarətində olan xəstəxanaları hərbi obyektlərə çevirib. Ondan sitat gətirilərək, səfirliyin paylaşımında deyilir:

“Mən 2010-cu ildə briqada generalı rütbəsi ilə HƏMAS-a işə qəbul olunmuşam. Xəstəxanada İzz əd-Din əl-Qəssam Briqadalarının hərbi əməliyyatçıları - həkimlər, tibb bacıları, feldşerlər, katiblər və heyət üzvləri var”.

Oxşar xəbərlər