Saakaşvili məhkəməsinə xəstəxanadan qatılacaq
20-12-2023, 12:19
1 269

Saakaşvili məhkəməsinə xəstəxanadan qatılacaq

Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 
Məlumata görə, iclasda iş üzrə şahidlər ifadə verəcəklər. Üçüncü prezidentin müalicə aldığı klinikadan onlayn rejimdə məhkəmə prosesinə qatılacağı bildirilir.
Eyni zamanda müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri və tərəfdarları Saakaşvilinin azad edilməsi tələbi ilə şəhər məhkəməsi yaxınlığında nümayiş təşkil edəcəklər.
Xatırladaq ki, Saakaşvili 2021-ci ilin sentyabr ayının sonunda Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb. O, oktyabrın 1-də Tbilisidə mənzildə həbs edilib.

Oxşar xəbərlər