Türkiyədə daha bir hakim döyüldü - VİDEO
20-12-2023, 12:50
1 262

Türkiyədə daha bir hakim döyüldü - VİDEO

Türkiyədə daha bir futbol hakimi hücuma məruz qalıb. 
Şırnak 1-ci Həvəskarlar Liqasında "Kumçatıspor"un futbolçuları "Cizre Diclespor"la matçdan sonra oyunun baş hakimi Zinar Ermiş və köməkçi hakimlər Veysel Samsak və Mustafa Ekine, daha sonra isə rəqib komandanın oyunçularına hücum edib. 
Hadisə zamanı köməkçi hakim Veysəl Samsakın burnu qırılıb. Şırnak Dövlət Xəstəxanasına aparılan Samsak şikayətçi olub. 
Davaya jandarma qrupları müdaxilə edib. Azarkeşlər də qonaq komandanın avtobusuna daşla hücum ediblər.
Hadisə ilə bağlı araşdırma başladılıb.




Oxşar xəbərlər