İtkin düşən qadının meyiti zibilxanada tapıldı
20-12-2023, 14:11
1 216

İtkin düşən qadının meyiti zibilxanada tapıldı

Samara vilayətində avqustda itkin düşən qadının meyiti Studenets kəndinə gedən yolda zibil qalağının altında tapılıb.
Rusiya mediası bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma zamanı itkin düşən qadının evində qan izləri aşkar ediblər. Bundan sonra onun növbə işçisi olan əri yalan detektoru testinə çağırılıb və daha sonra o, meyiti harada basdırdığını dəqiq göstərib.
Müstəntiqlərlə söhbətində kişi bildirib ki, sərxoş vəziyyətdə olan həyat yoldaşı sürüşərək başını bərk vurub. Kişi arvadının aldığı zədədən öldüyünü düşünüb və  buna görə də cəsəddən qurtulmaq qərarına gəlib.
Hadisə ilə bağlı cinayət işi açılıb, qadının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Oxşar xəbərlər