Versal sarayında bomba təhlükəsi 2 min insanın təxliyəsinə səbəb olub
20-12-2023, 15:35
1 181

Versal sarayında bomba təhlükəsi 2 min insanın təxliyəsinə səbəb olub

Fransada yerləşən Versal sarayına gələn ziyarətçilər bomba olunduğu iddia edilən anonim məlumatdan sonra tarixi məkanın ərazisini tərk etmək məcburiyyətində qalıblar.
Bu barədə “France Info” xəbər verir.
Saray kompleksinin rəhbərliyi bomba xəbərindən sonra 2 min ziyarətçinin təxliyə edildiyini təsdiqləyib. Hazırda təxliyə başa çatıb və polis əməkdaşları hadisə yerindədir.
Xatırladaq ki, bu payız Versal sarayından ziyarətçilər azı yeddi dəfə təxliyə olunublar.
Versal sarayında bombalanın yerləşdirilməsi barədə yalan məlumat verdiyi üçün 1 nəfər saxlanılıb və ona 8 ay müddətinə şərti həbs cəzası verilib.

Oxşar xəbərlər