Dünya
1-01-2021, 14:18
201
Dünya yeni ilə çox sönük girdi - Fotolar
Pandemiya küçələrə daha çox polislərin tökülməsinə səbəb oldu - insanlar bayramı əsasən evdə keçirdi
Dünyanın bir çox ölkələrində koronavirusa yoluxma sayı artdığı üçün yeni il bayramı COVİD-19 epidemiyasının kölgəsində keçirilib.
Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Sidneydən Nyu-Yorka qədər dünyanın bir çox şəhərlərində fişəng şouları və digər kütləvi toplantılar ləğv edilib.
Yoluxucu xəstəliyin məruz qaldığı mutasiya ilə artan koronavirus statistikasına görə Avropada da bayram qutlamaları olduqca sönük keçirilib.
Fransada 100.000 polis və jandarma Yeni il şənliklərinin qarşısını almaq və gecə komendant saatı tətbiq etmək öhdəliyi götürüb.
Xatırladaq ki, bir il əvvəl başlayan epidemiya nəticəsində dünyada 1,8 milyon insan ölüb, 83 milyon adam yoluxub.
Avropada nə oldu?

Fransada, hökumət dünən axşam saat 20: 00-dan etibarən şəhərlərdə təhlükəsizlik tədbirlərini artırıb. Parisdəki metro xətlərinin yarısı işləyib. İndiyə qədər iki dəfə məhdudlaşdırma tədbirlərinin həyata keçirildiyi Fransada barlar, restoranlar və mədəniyyət yerləri yeni ildə bağlanacaq.
Fransa prezidenti Emmanuel MaKron Yeni il nitqində ölkədəki peyvəndin ləng tətbiqinə dair tənqidlərə cavab olaraq "qanunsuz gecikmələrdən” yayınacaqları ilə bağlı söz verib.
Virusun sürətlə yayıldığı və 20 milyon insanın ən çox zərər görən bölgələrdəki evlərində qalmağa məcbur olduğu İngiltərədə baş nazir Boris Conson isə xalqı qaydalara əməl etməyə çağırıb. Polis bayramı evdə keçirməklə bağlı xəbərdarlıq edəndən sonra London küçələri tamamilə boş qalıb.
Bundan əvvəlki illərdə London Eye ətrafında təşkil edilən atəşfəşanlıq paytaxtın fərqli nöqtələrində həyata keçirilib.
İrlandiyanın ən yüksək məhdudiyyətlərə keçməsi ilə Almaniyada məhdudlaşdırma tədbirləri 10 yanvar tarixinədək qüvvədə qalacaq. Hökümət ictimai yerlərdə görüşə biləcək insanların sayını da məhdudlaşdırıb.
9 aydan sonra vəzifəsindən ayrılacaq Almaniyanın baş naziri baş nazir Angela Merkel, yeni il çıxışında epidemiya ilə bağlı sui-qəsd nəzəriyyələri hazırlayanları tənqid edib.
İtaliyada komendant saatı dünən saat 22:00-dan etibarən qüvvəyə minsə də, Hollandiyada 19 yanvar tarixinə qədər məhdudlaşdırma tədbirləri həyata keçiriləcək.
Bu arada, Türkiyə də küçələrdə dörd günlük komendant saatı başladı.
ABŞ-da vəziyyət necədir?

Amerikada da səlahiyyətlilər bir çox şəhər və ştatlarda bayram qutlamalarını məhdudlaşdırıb. Gecə yarısı Nyu Yorkun Times Meydanının ictimaiyyət üçün bağlı olması nəzərdə tutulub. Sosial məsafəyə hörmət göstərərək məhdud sayda işçi və fövqəladə hal işçiləri və "2020-ci il qəhrəmanları" kimi tanınan ailələrin Times Meydanında baş tutan mərasimə qatılmasına icazə verilib.
Atəşfəşanlıq San Fransisko və Las-Vegas kimi şəhərlərdə də ləğv edilib.