Ermənistandakı hərbi hissələrdə 4 mindən çox smartfon aşkarlanıb
21-12-2023, 11:23
902

Ermənistandakı hərbi hissələrdə 4 mindən çox smartfon aşkarlanıb

Ermənistandakı hərbi hissələrdə bu il ərzində 4076 smartfon aşkar edilib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata əsasən, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi bu il ərzində hərbi hissələrdə 4076 smartfon aşkar edib və buna görə bir sıra hərbi qulluqçular intizam tənbehinə məruz qalıblar.

Hərbi qulluqçularda aşkar edilmiş smartfonlar müddətli həqiqi hərbi xidmət keçdikdən sonra müəyyən edilmiş qaydada onlara qaytarılacaq.

Oxşar xəbərlər