KİV: İsrail hər girov üçün 10 fələstinli məhbusun azad edilməsi təklifini araşdırır
21-12-2023, 13:27
922

KİV: İsrail hər girov üçün 10 fələstinli məhbusun azad edilməsi təklifini araşdırır

İsrail HAMAS-ın Qəzzada girov saxladığı hər israilli girov üçün 10 fələstinli məhbusun azad edilməsi ilə bağlı razılaşma təklifini araşdırır.
Bu barədə Livanın "Al-Akhbar" xəbər saytı məlumat yayıb.
Bildirilib ki, İsrail bu mübadilə düsturunun qəbulunu məhbuslar siyahısına kimin daxil olacağı ilə şərtləndirib.
Xəbər saytının Misir mənbələrinə istinadən verdiyi məlumata görə, Qahirə HAMAS-dan İsrailin ilk olaraq azad olunmasını istədiyi 40 girovla, həmçinin qadınlar, qocalar və əlillər ilə bağlı informasiya yeniləməsini istəyib.
"Al-Akhbar" ABŞ vasitəçilərinin noyabrın sonunda baş tutan bir həftəlik fasilədən daha uzun bir atəşkəs üçün İsrailə təzyiq göstərdiklərini yazıb.
Qeyd olunub ki, atəşkəs zamanı Qəzzaya İsrail qoşunların yerləşdirilməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var.

Oxşar xəbərlər