Gürcüstan Ermənistanla Bakıdakı erməni əsirləri müzakirə edib
22-12-2023, 10:05
815

Gürcüstan Ermənistanla Bakıdakı erməni əsirləri müzakirə edib

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili erməni həmkarı ilə görüşdə bildirib. 
Erməni tərəfinin təşəbbüsü ilə Ermənistana işgüzar səfər edən spiker regionda uzunmüddətli sabitlik və inkişafdan danışıb. 
Alen Simonyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması gündəliyinə sadiq qaldıqlarını deyib. 
Görüşdə Azərbaycandakı erməni əsirlərin geri qaytarılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər