İran İsraildən məlumat almaq üçün qadınlardan istifadə edir - FOTOFAKT
22-12-2023, 10:13
829

İran İsraildən məlumat almaq üçün qadınlardan istifadə edir - FOTOFAKT

İsrail-HƏMAS arasında müharibə davam edərkən İran mediasında çıxan yazılar diqqət çəkib. 
Xarici mətbuatı xəbər verir ki, İran İnqilab Keşikçiləri (SEPAH) İsrail ordusundakı hərbçilərdən kəşfiyyat məlumatı almaq üçün gənc və gözəl qadınlarından istifadə edirlər.
Bildirilir ki,  xüsusi təlim keçmiş və ivrit dilini bilən qadınlar sosial media vasitəsilə İsrail ordusunun üzvlərindən məlumat alırlar. İran İnternational media təşkilatının məlumatına görə, xüsusi təhsil alan qadınların kimliyi, paylaşdıqları foto və videolar ifşa olunub.  
Bu əməliyyatın İranın Məşhəd şəhərindən idarə edildiyi bildirilib. Ən azı 22 saxta profilin yaradıldığı və bu profillərin parik, makiyaj və dekolteli libaslarla çəkilmiş fotoşəkillərlə dəstəkləndiyi qeyd edilib.
Gülayə Mecid 
  • İran İsraildən məlumat almaq üçün qadınlardan istifadə edir - FOTOFAKT

  • İran İsraildən məlumat almaq üçün qadınlardan istifadə edir - FOTOFAKT


Oxşar xəbərlər