Parikindən 1 kiloya yaxın kokain tapıldı
22-12-2023, 10:45
837

Parikindən 1 kiloya yaxın kokain tapıldı

Təyyarə sərnişini parikində 1100 dollar dəyərində kokain gizlədərək reysə minməyə cəhd edib və hava limanının əməkdaşları tərəfindən yaxalanıb.
Xarici media bildirir ki, qadının Uqandanın Entebbe şəhərindən Hindistanın Mumbay şəhərinə uçmaq istədiyi deyilir. Yerli təhlükəsizlik orqanlarına məlumat daxil olduqdan sonra qaçaqmalçı saxlanılıb və onun əşyalarında axtarış aparılıb.
Qadının parikində 890 qram kokain tapılaraq götürülüb.
Hazırda qadın saxlanılıb, araşdırma aparılır.
 

Oxşar xəbərlər