Dünya
22-12-2023, 13:03
1 723
"Amerika ilə münasibətlər koma vəziyyətinə düşüb" - Rusiya XİN
ABŞ Rusiya ilə münasibətləri tamamilə pozmaqdan hələ də ehtiyat edir, lakin Moskva Vaşinqtonun belə bir addımını istisna etmir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "İnterfaks"a müsahibəsində bildirib.
"Rusiya-Amerika münasibətləri həqiqətən də koma vəziyyətinə düşüb və bu, Vaşinqtonun günahı ucbatından baş verib. O, Rusiyaya strateji məğlubiyyət vermək üçün yanlış və təhlükəli yanaşmanı nəinki formullaşdırıb, həm də doktrinal və konseptual cəhətdən gücləndirib", - Ryabkov deyib.
Nazir müavini Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin demək olar ki, sıfır səviyyəsində olduğunu vurğulayıb: "Bu, Moskva və Vaşinqtonda diplomatik mövcudluq səviyyəsinin rəsmi şəkildə azalmasına, hətta tam fasiləyə gətirib çıxaracaq. Bu, bizim üçün sürpriz olmayacaq".