Dünya
22-12-2023, 15:02
1 565
Ərdoğan İmamoğluna qarşı bu namizədi irəli sürəcək - İDDİA
Türkiyədə Bələdiyyə seçkilərinə az müddət qalıb. Seçkilərdə hakim partiyanın ən böyük hədəfi 1994-2004-cü illərdə Rifah Partiyası və Fəzilət Partiyası, 2004-2019-cu illərdə isə Ədalət və İnkişaf Partiyası tərəfindən idarə olunan İstanbul Böyükşəhər Bələdiyyəsini geri almaqdır.
Bundan başqa İstanbul Böyükşəhər Bələdiyyə Məclisində çoxluğun qorunub saxlanılması və bəzi rayonların müxalifətdən alınması da hədəflər sırasındadır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun həm namizəd seçimi, həm də təşviqat proseslərinə xüsusi önəm verir. Noyabrın 29-da Türkiyə Böyük Millət Məclisində qrup toplantısındakı çıxışında Ərdoğan “Yenidən İstanbul” deyərək seçkidə bu şüardan istifadə ediləcəyini bildirib.
Ərdoğanın hazırki bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı mübarizə aparmaq üçün Murat Kurum, Tevfik Göksu və Ali Yerlikaya kimi namizədlərinin olduğu deyilir.
Türkiyə mətbuatının yazdığına əsasən, 31 Mart 2024-cü ildə keçiriləcək seçkilərdə hakim partiyanın namizədi Ali Yerlikaya olacaq. Daxili İşlər naziri kürsüsünə oturduqdan sonra həyata keçirdiyi əməliyyatlarla adından söz etdirən Ali Yerlikayanın cəmiyyətin bütün təbəqələrindən səs ala biləcəyi düşünülür. Bir müddət İstanbul valisi də işləyən Yerlikayanın həm şəhəri yaxından tanıması, həm də mülayim rəftarı qələbə şansını daha da artırır.