Bu ölkədə 4 yaşından kiçik uşaqlar üçün öskürək siropları qadağan edilib
22-12-2023, 15:18
7 225

Bu ölkədə 4 yaşından kiçik uşaqlar üçün öskürək siropları qadağan edilib

Hindistanda soyuqdəymə və öskürək müalicəsində istifadə edilən "xlorfeniramin maleat və fenilefrin qarışığı" sirop və həblər qadağan edilib.
Xarici mətbuat xəbər verir ki, buna səbəb keçən il ölkədə öskürək siropları ucbatından çoxlu sayda uşağın ölməsi olub.
Məlumata görə, 2022-ci ildə Qambiya, Özbəkistan, İndoneziya, Kamerun və Hindistan kimi bəzi ölkələrdə ən azı 141 uşaq Hindistan istehsalı olan öskürək siroplardan dünyasını dəyişib. Hindistan Baş Dərman Nəzarətçisi (DCGI) soyuqdəymə və öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilən "xlorfeniramin maleat və fenilefrin qarışığı" sirop və həblərinin 4 yaşdan kiçik uşaqlarda istifadəsinin qadağan edildiyini açıqlayıb. .

Oxşar xəbərlər