Türkiyə ordusu 6 şəhid verdi
23-12-2023, 10:29
2 067

Türkiyə ordusu 6 şəhid verdi

İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub. 
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib. 
"Terror təşkilatının Şimali İraqa hücumu nəticəsində 6 əsgərimiz şəhid olub, 1 əsgərimiz yaralanıb. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatı keçirilib. İlkin təsbitlərə görə 7 terrorçu zərərsizləşdirilib", - məlumatda deyilir.  

Oxşar xəbərlər