İsrail ordusu Livandakı Hizbullah hədəflərini atəşə tutub
23-12-2023, 14:20
1 611

İsrail ordusu Livandakı Hizbullah hədəflərini atəşə tutub

İsrail hərbçiləri Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib. 
"IDF gecə və bu səhər Hizbullahın bir sıra terrorçu hədəflərinə, o cümlədən terrorçuların əməliyyat infrastrukturuna və bir hərbi kompleksə zərbələr endirib”, - bəyanatda deyilir.
Bundan əlavə, İsrail artilleriyası Livan ərazisini atəşə tutub.

Oxşar xəbərlər