Ərdoğan: "Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi"
23-12-2023, 15:53
15 537

Ərdoğan: "Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi"

İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də “Yüz ilin dəyişimi İstanbul” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi: “İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir”.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Oxşar xəbərlər