Dünya
25-12-2023, 11:00
805
Deputat Rostov-Bakı yolundakı qətlə görə SAXLANILDI
Dağıstanda Kızılyurtdan olan deputat Qamzat Şıxabudinov saxlanılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
O, 17 il əvvəl biznesmen Mirzə Maqomedovu öldürməkdə şübhəli bilinir. Maqomedovun “Mercedes” markalı avtomobili Rostov-Bakı yolundakı kafenin yaxınlığında naməlum şəxslər tərəfindən atəşə tutulub. 41 yaşlı iş adamı 13 yaşlı oğlu ilə birlikdə avtomobildə olub, onların hər ikisi hadisə yerində ölüb.
İş adamı və oğlunu qətlə yetirməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Onlardan biri də Qızılyurt şəhər dairəsinin indiki deputatı Qəmzət Şıxabudinov olub. Deputat 20 ilə qədər həbs oluna bilər.