Atilla Taşı bu hadisəyə görə həbs ediblər - Polisə hücum edib - ANBAAN VİDEO
25-12-2023, 12:01
1 158

Atilla Taşı bu hadisəyə görə həbs ediblər - Polisə hücum edib - ANBAAN VİDEO

Müğənni Atilla Taşın getdiyi məkanda sərxoş olduğu üçün çıxardığı davanın görüntüləri yayılıb.
Türkiyə KİV xəbər verir ki, videoda sənətçinin məkandan bayıra atıldığı an polis əməkdaşlarına da hücum etdiyi kadrlar əks olunub.
Daha sonra şöbəyə aparılan Atilla orada da davamlı olaraq dava edib. 
Xatırladaq ki, məşhur müğənni Atilla Taş həyat yoldaşı Meltem Taşla gecə saatlarında əyləndiyi bir barda hədsiz dərəcədə spirtli içki qəbul etidiyi üçün ətrafdakılara sataşmağa başlayıb. Bundan sonra barın mühafizə xidməti onu məkandan kənarlaşdırıb. Hadisə yerinə İstnabul polis şöbəsinin əməkdaşları çağırılıb.
Atilla polisləri söyüb və təhqir edib. Bundan sonra o, polislərə hücum edərək onları döyməyə cəhd edib. Bundan sonra müğənni tutularaq həbs edilib. Həyat yoldaşı isə sərbəst buraxılıb.




Oxşar xəbərlər