Dünya
25-12-2023, 14:14
1 088
Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanılıb
Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti “Qalxan-4” əməliyyatı keçirilib.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata əsasən, ölkənin 37 vilayətində keçirilən əməliyyat zamanı 4 min 568 qanunsuz miqrant saxlanılıb.
Polis və jandarma əməkdaşları tərəfindən 126 müxtəlif nöqtədə aparılan əməliyyatın gedişində insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən 192 nəfər nəzarətə alınıb. Artıq onlardan 41-i barəsində həbs qərarı çıxarılıb.