Budanovu Rusiyada ömürlük həbs gözləyir
25-12-2023, 15:39
1 032

Budanovu Rusiyada ömürlük həbs gözləyir

Moskvanın Basmannı rayon məhkəməsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovu qiyabi həbs edib.
Bu barədə Rusiya KİV-ləri  məlumat yayıb. 
"Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Budanov Kirill Alekseeviç barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.
Müddət Budanovun Rusiyaya ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanır.
Moskva məhkəmələrinin mətbuat xidməti qeyd edib ki, Baş Kəşfiyyat İdarəsinin rəisi 104 cinayət törətməkdə ittiham olunur. Onu ömürlük həbs gözləyir.

Oxşar xəbərlər