Dünya
25-12-2023, 15:41
1 048
Ölən dilənçinin milyonçu olduğu ortaya çıxdı
İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin öləndən sonra milyonçu olduğu ortaya çıxıb.
Xarici KİV xəbər verir ki, dilənçinin ölümündən sonra onun iki bacısı evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar.
Bundan sonra bacılar qardaşlarını çağıraraq, evdəki qızılları daşımağa başlayıblar. Bunu görən qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər bacıları və qardaşı saxlayıblar.
Hüquq-mühafizə orqanları ölən dilənçinin evindən qızılla birlikdə təxminən 400 min dollar tapıblar.