Bu ölkədə həbsxananı qazlar qoruyur
25-12-2023, 16:03
5 936

Bu ölkədə həbsxananı qazlar qoruyur

Braziliyada həbsxana məhbusların qaçmasının qarşısını almaq üçün maraqlı üsuldan istifadə edib.
Xarici mətbuat xəbər verir ki, Santa Katarina ştatında həbsxananı qazlar qoruyur.
"Agent qazlar" adlanan heyvanlar həbsxananın daxili hasarı ilə əsas xarici divar arasında gəzir.
Bu yaşıl ərazidə dolaşan qazlar mümkün bir qaçış halında səlahiyyətliləri xəbərdar edir.
Həbsxana müdiri Markos Roberto de Souza qaz sürüsünə qulluq etməyin it yetişdirməkdən daha sərfəli olduğunu, həbsxananın belə bir təcrübə üçün uyğun və gecələr ərazinin çox sakit olduğunu bildirib.








Oxşar xəbərlər