Rusiyadakı seçkilərdə Ukrayna vətəndaşları da səs verə biləcək
26-12-2023, 10:32
940

Rusiyadakı seçkilərdə Ukrayna vətəndaşları da səs verə biləcək

Rusiyanın işğal etdiyi yeni regionlarda martda keçiriləcək prezident seçkilərində Ukrayna pasportundan istifadə edərək səs vermək mümkün olacaq. 
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib. 
O, sənədlərlə bağlı qərarı yerli hakimiyyət orqanlarının verəcəyini vurğulayıb: "Xerson vilayətində Kaxovskaya Su Elektrik Stansiyasında baş vermiş fövqəladə hadisə nəticəsində çoxsaylı yaşayış məntəqələrini su basıb, sakinlər təkcə evlərini deyil, həm də sənədlərini, o cümlədən artıq verilmiş Rusiya pasportlarını da itiriblər. Orada daimi yaşayan, lakin nədənsə Rusiya pasportunu ala bilməyən insanların şəxsiyyətini təsdiq edən sənəddən istifadə edərək səsvermə hüququna malik olması vacibdir".

Oxşar xəbərlər