Dünya
26-12-2023, 10:38
997
Polisdən qaçan "qanuni oğru" Tanzaniyada saxlanıldı
İnterpol tərəfindən beynəlxalq axtarışda olan 60 yaşlı rusiyalı "qanuni oğru", kriminal aləmdə daha çox "Puffi" kimi tanınan Vladimir Jurakovski saxlanılıb.
Rus mətbuatı xəbər verir ki, "Puffi" Tanzaniyada İnterpol əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Oğurluq və soyğunçuluğa görə dörd dəfə məhkum olunmuş "Puffi" 2001-ci ildən "qanuni oğru" kimi fəaliyyət göstərir.
Bildirilir ki, "Puffi" bu ilin əvvəlində Antalyada saxlanılıb. Bir neçə ay Türkiyə həbsxanasında yatdıqdan sonra o, Afrikaya qaçaraq polisdən yayınıb.