Yeni doğduğu qızını göyərənə qədər BOĞDU
26-12-2023, 13:57
970

Yeni doğduğu qızını göyərənə qədər BOĞDU

Novosibirskdə yeni doğulmuş qızını ağladığına görə ölümcül döyən 19 yaşlı anaya cinayət işi açılıb.

Rusiya KİV bildirir ki, hadisə dekabrın 23-də baş verib. Qadın ağladığı üçün uşağına əsəbiləşib və körpəni divana ataraq onu boğmağa başlayıb. 

Ana qızının boğulmaqdan göyərdiyini görərək qorxub və təcili yardım çağırıb. Uşaq komada xəstəxanaya yerləşdirilib.

Qadına qarşı “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. O, saxlanılıb.

Oxşar xəbərlər