Şoyqu desant gəmisinin vurulması barədə Putinə məruzə etdi
26-12-2023, 14:36
977

Şoyqu desant gəmisinin vurulması barədə Putinə məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukrayna qoşunlarının Feodosiyaya hücumu barədə məruzə edib. 
Bu barədə Rusiya KİV məlumat yayıb. 
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, həmçinin Putin böyük desant gəmisi “Novoçerkassk”a dəyən ziyan barədə məlumatlandırılıb. 
Gəmiyə vurulan zərərin mahiyyəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Ukrayna qırıcıları dekabrın 26-da səhər saatlarında Feodosiyaya hücum edib. Hücum zamanı 4 nəfər yaralanıb.

Oxşar xəbərlər