Dünya
26-12-2023, 15:11
957
“Nezavisimaya qazeta” Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas hadisəsi hesab edib
Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas beş hadisəsindən biri hesab edib.
Rusiya nəşri Qarabağ məsələsinin yekun həllini bu siyahıya daxil edib.
“Azərbaycan Qarabağ məsələsini həll edib. 2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə ikinci Qarabağ müharibəsinin nəticələrinə görə həll olunub. Lakin məsələnin yekun həlli üçün daha bir neçə il lazım olub”, - deyə nəşr yazıb.
“Nezavisimaya qazeta”nın ilin əsas beş hadisəsi siyahısına Vladimir Putinin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürməsi, Rusiya iqtisadiyyatının bənzəri olmayan sanksiyalar şəraitində artması, Priqojin üsyanı və Ukrayna əks-hücumunun "Surovikin xətti"ndə tıxanması daxil olub.