Dünya
26-12-2023, 17:34
6 537
Aleksandr Lukaşenko: “Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb”
Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı deyib.
O bildirib ki, bu proses uzun müddət əvvəl yekunlaşıb: “Hər şey öz yerində, yaxşı vəziyyətdədir”.
A.Lukaşenko, həmçinin söyləyib ki, Ukraynada davam edən proseslərdə irəliləyiş əldə etmək mümkündür: “İndi şans yaranıb. Əgər bundan istifadə olunmasa, daha çətin olacaq”.
Amma Belarus lideri hansı şanslardan söhbət getdiyini açıqlamayıb.