“Sehirli annemin” aktrisası narkoman olduğunu etiraf etdi
26-12-2023, 18:50
6 437

“Sehirli annemin” aktrisası narkoman olduğunu etiraf etdi

Tamaşaçıların yadında “Sehirli annem” serialındakı Tuğçe rolu qalmış aktrisa Damla Ersubaşı bir zamanlar narkotik aludəçisi olduğunu bildirib.

Türkiyə mediasının xəbərinə görə, bu səbəbdən ərindən boşanan Damlanın övladları da əlindən alınıb. O indi məhkəmlərə baş vuraraq uşaqlarını geri tələb edir.

Damla sosial şəbəkə hesabında canlı yayım açaraq bir zamanlar narkotik maddələrə alışdığını, bunu ərinə xoş gəlmək və artıq kilolarından qurtarmaq üçün etdiyini deyib.

Oxşar xəbərlər