Dünya
27-12-2023, 10:58
836
KİV: İsrail Livana zərbələr endirib, ölənlər var
Livan mediası İsrailin Bint-Cbeil şəhərinə hücumu nəticəsində ölənlərin olduğunu bildirib.
Bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin ölkənin cənubundakı Bint Cbeil şəhərində binaya endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.
İsrail Müdafiə Qüvvələri bu barədə heç bir şərh verməyib.
Qeyd edək ki, Bint Cbeil "Hizbullah"ın nəzarətindədir, şəhərin böyük hissəsi 2006-cı ildə İsrail və "Hizbullah" arasında müharibə zamanı dağıdılıb.