Dünya
27-12-2023, 13:50
991
KİV: İsrail Qəzzaya dəniz dəhlizinin açılmasına ilkin razılıq verib
İsrail Kipr-Qəzza dəniz dəhlizinin açılmasına ilkin razılıq verib.
Bu barədə İsrailin "Hayom" qəzeti yazıb.
Nəşrin xəbərinə görə, İsrail Britaniyanın dəstəyi ilə Kiprin Qəzzaya humanitar dəniz dəhlizi açmasına "prinsipcə" razılaşıb.
"Hayom" bildirib ki, İsrailin xarici işlər naziri Eli Koen dekabrın 26-da Kipr və Böyük Britaniyadakı həmkarları ilə telefon danışığı zamanı dəhlizin açılması ilə bağlı "lazımi hazırlıqlar tamamlandıqdan sonra" fəaliyyətə başlaya biləcəyini söyləyib.
Bu dəhliz Qəzzaya daha çox humanitar yardım daxil olmasına imkan verəcək.
Qeyd edək ki, mühasirədə olan Qəzzaya Misirlə Rəfah sərhəd keçidi və bu yaxınlarda açılan İsrailin Kərəm Əbu Salem (Kerem Şalom) keçidi vasitəsilə humanitar yardım daxil olur.